Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.
Presssport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun komandasının 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev 2, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqlənib, bir qol isə avtoqol kimi qeydə alınıb.
Onu da bildirək ki, millimiz qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC