2024/25 mövsümündə - qış fasiləsində "Qarabağ"dan ayrılan Riçard Almeyda və Olavio Juninyo da Misli Premyer Liqasının qalibi adını layiq görülüblər.
Presssport.az xəbər verir ki, bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, hər iki futbolçu qızıl medalla mükafatlandırılacaq.
Riçard Almeyda bu ilin fevral ayının 13-də Ağdam təmsilçisindən ayrılaraq vətəni Braziliyanın "Primavera" klubuna keçib. Olavio Juninyo isə yanvarın 15-də "Flamenqo"ya (Braziliya) transfer olub.
A.Hacıyev bildirib ki, hər iki futbolçu "Qarabağ"dan ayrılsa da, onların da mükafatlandırılması nəzərdə tutulub: "Qızıl medallar onların özlərinə göndəriləcək" (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC