2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda pley-off oyununun vaxtı açıqlanıb.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm həmin liqada 9-cu yeri tutmuş klubla II Liqada 4-cü olmuş komanda 28 may saat 16:00-da "ASCO Arena"da pley-off oyununda üz-üzə gələcək.
Bununla əlaqədar mayın 26-da (bazar ertəsi) saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.
2025/26 mövsümündə II Liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, II Liqada 4-cü yer "Hypers Quba" tutub. I Liqanın 9-cusu isə son turun bu gün keçiriləcək oyunlarıından sonra məlum olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC