I Liqada mövsüm başa çatıb

Bu gün I Liqada mövsümün son matçları keçirilib.

Presssport.az xəbər verir ki, 27-ci turun 2-ci oyun gününə 3 görüş nəzərdə tutulub.

Beləliklə, I Liqada "Qəbələ" çempion olub, "İmişli" 2-ci, "Karvan" 3-cü yeri tutub. Sözügedən klublar növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparmaq hüququ əldə edib. "Qaradağ Lökbatan"ın isə 2025/26 mövsümündə II Liqada yarışacağı dəqiqləşib. “Difai” isə 9-cu yeri tutaraq I Liqada qalmaq uğrunda II Liqanın 4-cüsü olan “Hypers Guba” ilə pley-off matçları keçirəcək.

23 may (cümə)

15:00. “Cəbrayıl” – “Zaqatala” - 1:0

Qol: S.Məhərrəmli, 74

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

“ASCO Arena”

15:00. “Bakı Sportinq” – MOİK - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov

Binə qəsəbə stadionu

15:00. “Difai” – “İmişli” - 1:3

Qol: S.Rəhimov, 8 – H.İsayev, 26; E.Rəhimzadə, 67; X.Bəşirov, 85

Qırmızı vərəqə: G.Souza, 90+4 ("İmişli")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə

Şamaxı OİK stadionu

22 may (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Qəbələ” - 0:3

“Mingəçevir” – “Karvan” - 2:1

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC