Bu gün Azərbaycan Əvəzedicilər liqasında 36-cı tura start verilib.
Presssport.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib. "Sabah-2" öz meydanında "Neftçi-2"ni qəbul edib.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Halbuki, “Neftçi-2” hesabda 2:0 irəlidə olub, amma əsas komandanın üzvü olan hücumçu Ağadadaş Salyanski qırmızı vərəqə alandan sonra azlıqda qalaraq üstünlüyünü əldən verib.
Hər 2 komanda xal sayını 69-a çatdıraraq 1-ci və 2-ci yerləri bölüşdürüb.
Lakin turnirin reqlamentinə əsasən, "Sabah-2"in mövsüm ərzində daha çox qələbəsi olduğuna görə Masazır təmsilçisi 1-ci yerdə qərarlaşıb və çempion olub.
23 may
"Sabah-2" – "Neftçi-2" - 2:2
Qollar: M.Məmmədov, 10 (0:1); H.İsmayılov, 14 (0:2), N.Cabbarov, 75 (1:2); R.Nuraxmedov, 81 (2:2)
Qırmızı vərəqə: A.Salyanskiy, 54 ("Neftçi-2")
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC