AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.
Presssport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən final oyununda “Şirvan” və “Xankəndi” qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn “Xankəndi” çempion olaraq, II Liqada iştirak hüququ əldə edib. “Şirvan” isə II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.
III yer uğrunda qarşılaşmada “Ağstafa Gəncləri” “Göyəzən”i 5:2 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.
Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 20 qol vuran “Şirvan” OİK komandasının oyunçusu Cavid Nəcizadə bombardirə təqdim olunan mükafata yiyələnib. “Xankəndi”dən isə Sərxan Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Nəhayət, “Ağstafa Gəncləri” bürünc, “Şirvan” gümüş medalla, “Xankəndi” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və A millinin direktoru İlqar Qurbanov təqdim edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC