Avarçəkənimiz beynəlxalq yarışda qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, o, 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə uğurlu çıxış edib.

Bundan başqa, kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə 2-ci yer tutub.

Xatırladaq ki, yarışda 20-dən çox ölkənin təmsilçisi qüvvəsini sınayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC