Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.
Presssport.az xəbər verir ki, 36-cı turun son oyun günündə 2 matç keçirilib.
4-cü yerdəki "Turan Tovuz" 9-cu pillədəki "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.
Çempionata turun mərkəzi oyunuyla yekun vurulub. Belə ki, 2-ci yerdəki “Zirə” 3-cü sıradakı "Araz-Naxçıvan"ın qonağı olub. Bu matç "qartallar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, başa çatan mövsümüb çempionu "Qarabağ" olub. "Zirə" 2-ci, "Araz-Naxçıvan" 3-cü yeri tutub. "Səbail" isə son pilləni tutaraq I Liqaya düşüb.
25 may (bazar)
19:30. “Araz-Naxçıvan” – “Zirə” - 0:1
Qol: Junior Martins, 58
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Bakı. “Liv Bona Dea Arena” stadionu
17:00. “Turan Tovuz” – “Kəpəz” - 4:0
Qollar: Aleks Souza, 10, 23, Turan Manafov, 42-öz qapısına, Ayxan Hüseynov, 44
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Tovuz. Şəhər stadionu
24 may (şənbə)
“Sabah” - “Neftçi” - 1:0
“Şamaxı” - “Qarabağ” - 0:1
23 may (cümə)
“Səbail” - “Sumqayıt” – 1:4
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC