Azərbaycan avarçəkənləri Slovakiyada yeniyetmə və gənclər arasında keçirilən kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası”nda daha 1 qızıl medal qazanıb.
Presssport.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komanda uğurlu çıxışını davam etdirir.
Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.
Xatırladaq ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə 2-ci yer tutub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC