"Turan Tovuz” Misli Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.
Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Tovuz təmsilçisi XXXVI turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.
Bu, klubun tarixində Premyer Liqada 4 top fərqi ilə 3-cü qələbədi. 2022/23 mövsümündə “Neftçi”ni, 2023/24 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini təkrarlayıb.
Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.
Xatırladaq ki, “Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC