Azərbaycan sumoçuları Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən Avropa çempionatını 2 medalla başa vurub.
Presssport.az xəbər verir ki, təmsilçilərimiz yarışın son günündə 4 çəki dərəcəsində dohyoya çıxıb.
Böyüklər kateqoriyasında mübarizə aparan Çingiz Səmədov bürünc medal əldə edib. 100 kq-da qüvvəsini sınayan idmançı ötən il Yunanıstanın Lutraki şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanıb.
Onu da bildirək ki, Avropa çempionatında Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında Azərbaycanı 4 sumoçu təmsil edib. U-21, U-23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən qitə birinciliyində daha əvvəl U-23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC