Vladimir Putin Murad Musayevi təbrik edib: "Onun zənginə görə özümlə fəxr etdim"

Rusiya prezidenti Vladimir Putin "Sabah"ın sabiq baş məşqçisi, 2 gün əvvəl “Krasnodar”ı tarixində ilk dəfə çempion edən Murad Musayevə zəng vurub.

Pressüsport.az xəbər verir ki, dövlət başçısı 43 yaşlı rusiyalı mütəxəssisi çempionluq münasibəti ilə təbrik edib.

Bu barədə Murad Musayev özü danışıb: "Onun klubumuzu qələbə münasibətilə təbrik etməsindən çox şadıq. Səmimi sözlər dedi. Bu, mənim üçün xüsusi an oldu. Bir az həyəcanlı və eyni zamanda çox xoş idi. Onun zənginə görə özümlə fəxr etdim".

Xatırladaq ki, Musayev 2021-24-cü illərdə “Sabah”ı çalışdırıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC