Səudiyyə Ərəbistanında futbol mövsümü rəsmən başa çatıb.
Presssport.az xəbər verir ki, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 25 qolla Pro Liqanın bombardiri olub.
Onun klubu 70 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Qızıl top”un 5 qat sahibi “Əl-Nəsr”ın heyətində bütün yarışlarda keçirdiyi 41 matçda 35 qol vurub və 4 məhsuldar ötürmə edib. 40 yaşlı hücumçu 2024/25 mövsümündə Çempionlar Liqasında 8 oyunda 8 qol vurub.
Ronaldonun 2024/25 mövsümü üçün statistikası belədi: Səudiyyə Ərəbistanı Pro Liqası - 30 oyun, 25 qol, 3 məhsuldar ötürmə; Çempionlar Liqası - 8 oyun, 8 qol; Səudiyyə Ərəbistanı Superkuboku - 2 oyun, 2 qol, 1 məhsuldar ötürmə; Səudiyyə Ərəbistanı Kuboku - 1 oyun.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC