"Şirvan" möhtəşəm geridönüşlə II Liqada

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.

Presssport.az xəbər verir ki, II liqada 13-cü pilləni tutan "Lerik" AFFA Region Liqasının finalçısı "Şirvan"la qarşılaşıb.

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi, "ASCO Arena"da keçirilən bu matçda qalib gələn komanda, son saniyələrdə inanılmaz geridönüş edən "Şirvan" olub. Bununla da onlar növbəti mövsüm II Liqada mübarizə aparacaq. Məğlub olan "Lerik" isə Region Liqasında iştirak edəcək. 

Saat 16:00-da başlayan oyunu FİFA referisi Əliyar Ağayev idarə edib.

16:00 "Lerik" - "Şirvan" - 2:3

Qollar: Z.Nuruzadə, 21; P.Ağazadə, 45 – N.İsayev, 45+2; E.Xəlilov, 90+5 - pen; E.Rəsulov, 90+7

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC