Futzal üzrə Azərbaycan Yüksək Liqası: Medalçı komandalar mükafatlandırılıb

Futzal üzrə Azərbaycan Yüksək Liqasında gümüş və bürünc medal qazanan komandalar müəyyənləşib.

Presssport.az xəbər verir ki, XX turda qarşılaşan “Baku Fire” və “Neftçi” İK kollektivlərinin duelində birincilər 2:1 hesablı qələbəyə sevinib.

Bununla da "Baku Fire" komandası mövsümü 47 xalla 2-ci, 43 xala malik "ağ-qaralar" isə 3-cü pillədə tamamlayıb.

Digər qarşılaşmalarda "Şuşa" "Yasamal Bakı"nı 10:4, daha əvvəldən çempionluğu rəsmiləşdirən "Araz-Naxçıvan" isə U-19 kollektivini 22:1 hesabı ilə məğlub edib.

Oyunlar başa çatdıqdan sonra mükafatçılar sırasına düşən komandalar, hakimlər və Yüksək Liqanın bombardiri təltif edilib.

Hakimlər – Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Hacıəli Ağayev, hakim-inspektor Murad Məmmədova diplomlar, 54 qolla çempionatın bombardiri olan Amirhossein Rasouliyə xatirə hədiyyəsi, “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, diplomlar, çempiona kubok təqdim olunub.

Komandaları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mükafatlandırıb.

Xatırladaq ki, 2025/26 mövsümündə ölkəmizi UÇempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. “Qırmızı-ağlar”ın rəqibləri iyulun 3-də keçiriləcək püşkatmada bəlli olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC