Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb

Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.

Bu barədə Presssport.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Xatırladaq ki, dünya çempionatı iyunun 13-20-si aralığında baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC