III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə baş tutacaq

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə baş tutacaq.

Pressssport.az xəbər verir ki, bu haqda Bakı Şəhər Halqasından məlumat yayıb. 

Ən çox medal dəsti (40) üzgüçülük üzrə olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.

Yarışlar 12 idman məkanında keçiriləcək.

Xatırladaq ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC