"Sabah"ın U-11 komandası Gürcüstanda 5-ci yeri tutub

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.

Presssport.az xəbər verir ki, Arslan Quliyevin komandası qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batumi” (3:1) ilə qarşılaşıb. 

Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.

"Sabah" 5–8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC