"Zirə"nin yay hazırlıq planı açıqlanıb

Konfrans Liqasında təmsilçimiz “Zirə” yay hazırlıq planı bəlli olub.

Presssport.az xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 14-də çalışmalara start verəcək. 

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. 

“Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (2 oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC