"Qarabağ" 4 yeni legioner gətirir – razılıq əldə olunub

“Qarabağ” transfer çalışmalarını sürətləndirib.

Presssport.az xəbər verir ki, Yassin Benzia, Marko Veşoviç və Patrik Andrade ilə yollarını ayıran, “Zirə”də icarədə olan İsmayıl İbrahimli ilə müqaviləni qarşılıqlı razılıqla ləğv edən ağdamlılar qalan legionerləri düşərgədə saxlayacaq. Yalnız Redon Cicanın son anda getməsi mümkündür.

Klub rəhbərliyi indi əsas diqqəti gedənlərin yerini doldurmağa və problemli mövqeləri gücləndirməyə yönəldib. Baş məşqçi Qurban Qurbanov 6-7 transfer istəyir. Axtarışlar davam edir və 4 legionerlə ilkin razılıq əldə olunub. Ağdamlılar adları mümkün qədər gizli saxlamağı bacarır, lakin seçilənlərin yüksək səviyyəli oyunçular olduğu dəqiqdir. “Qarabağ” stopper, sağ vinger, dayaq yarımmüdafiəçisi və hücumçu mövqelərinə yeni oyunçular tapıb. Transferlər rəsmiləşdikdən sonra daha 2-3 legionerin keçidi üçün cəhd ediləcək (futbolinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC