AFFA U-14 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
Presssport.az xəbər verir ki, Bayıl stadionunda 3-cü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Qəbələ” üzərində 7:2 hesablı qələbə qazanan “Sabah” yarışı 3-cü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Qarabağ” və “Ulduz" üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” çempion olub. “Ulduz” isə gümüş medallar əldə edib.
Oyunlardan sonra “Sabah” bürünc, “Ulduz” gümüş medalla, “Qarabağ” isə qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 38 qol vuran “Amasiya”nın oyunçusu İlham Qubadov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Ramil Əmirquliyev isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev təqdim edib.
Onu da bildirək ki, “Qarabağ”ın və millimizin sabiq kapitanı məşqçi kimi debüt mövsümündə çempion olub. Belə ki, futbolçu kimi dəfələrlə çempion olan 36 yaşlı keçmiş müdafiəçi U-14-də baş məşqçi Samir Musayevin köməkçisidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC