Elçin Quliyev Avropa çempionatının qalibi olan çövkən millimizin üzvlərini mükafatlandırıb

5-7 iyun 2025-ci il tarixlərində Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Çövkən üzrə Avropa Çempionatında Azərbaycan milli komandası möhtəşəm qələbəyə imza ataraq I yerin sahibi olub..

Presssport.az xəbər verir ki, yarışda Avropanın müxtəlif ölkələrindən qatılan güclü rəqiblər üzərində üstünlük qazanan Azərbaycan çövkənçiləri milli dəyərlərimizə və qədim atüstü oyun ənənələrimizə sadiqliyini bir daha nümayiş etdirərək göstərdikləri peşəkar oyun, yüksək komanda ruhu ilə xüsusi rəğbət qazanıb.

Əldə olunmuş böyük uğura görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev milli komandanın üzvlərini qəbul edərək onları təltif edib.

Təltifetmə mərasimində ARAF prezidenti idmançılarımıza göstərdikləri yüksək nəticəyə görə təşəkkür etmiş, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və Federasiyanın dəstəyinin davamlı olacağını vurğulayıb.

Təltif olunan heyət diqqət və qayğıya görə dövlətimizə və federasiya rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Atçılıq Federasiyası bu tarixi qələbəni milli idman tariximizin mühüm səhifəsi hesab edir və komandamıza gələcək yarışlarda yeni uğurlar arzulayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC