Azərbaycan Qış İdmanı Növləri Federasiyası FIS-in tamhüquqlu üzvü olub - "Şahdağ"da Dünya Kuboku keçiriləcək

Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-in tamhüquqlu üzvlüyünə qəbul edilib.

Presssport.az xəbər verir ki, bununla yanaşı, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə moqul üzrə Dünya Kubokunun final mərhələsinin ölkəmizdə keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən, FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı il martın 14-15-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC