Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib.
MPK-dən Presssport.az-a verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, MPK-nın baş katibi Toğrul Rəhimov və Komitənin digər rəsmiləri iştirak edib.
Görüş zamanı Naxçıvanda Paralimpiya hərəkatının inkişaf etdirilməsi, fiziki imkanları məhdud şəxslərin idmana cəlb olunması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Naxçıvanda Paralimpiya hərəkatını daha da genişləndirmək üçün səmərəli əməkdaşlıq imkanlarının olması və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə atılacaq addımların bu sahənin inkişafına ciddi töhfə verəcəyi qeyd edilib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC