“Qəbələ”nin döyüşçüsündən “Rizin”də növbəti qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, idmançımız “Rizin Landmark 11” turnirində fərqlənib. 71 kq çəkidə çıxış edən Kərəmov yaponiyalı Şuya Kimura ilə qarşılaşıb.

Üç raundluq döyüş Yaponiyanın Sapporo şəhərində baş tutub. Vüqar hakimlərin qərarı ilə qələbə qazanıb.

 Bu, idmançımızın “Rizin” çərçivəsində 7-ci qələbəsi olub. 10-cu döyüşünü keçirən Kərəmov bunadək məğlub olmayan rəqibinin 5 döyüşlük qələbə seriyasına son qoyub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC