Gimnastlarımız Bakıdakı Dünya Kubokunda medallar qazanıb

Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunda medallar qazanıb.

Presssport.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışda Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu qızıl mükafat əldə edib.

Kişilərdən Murad Rəfiyev və Daniel Abbasov tandemi rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihin yer aldığı qrup turniri gümüş medalla başa vurub.

Qarışıq cütlər arasında mübarizə aparan Milana Əliyeva və Sabir Ağayev də yarışın gümüş mükafatına layiq görülüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC