Rafael Fiziyev "Qarabağ"ın düşərgəsində

Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ”ın “Azərsun Arena” stadionunda Azərbaycanlı idmançı Rafael Fiziyev, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadənin bir araya gəlib.

Presssport.az xəbər verir ki, Fiziyev klubun bazasına gələrək Qurbanovla görüşüb. Baş məşqçi onu stadionla tanış edib. 

Qurbanov azərbaycanlı döyüşçüyə “11” nömrəli klub formasını hədiyyə edib. Fiziyev isə öz növbəsində “Qarabağ”ın çalışdırıcısına UFC-nin rəsmi əlcəklərini təqdim edib.

Daha sonra Rafael və Bəhlul məşhur "tirə zərbə" oyununda qüvvələrini sınayıb. Ardınca Fiziyev Mustafazadəyə bir neçə zərbə texnikasını nümayiş etdirib.

Onu da bildirək ki, 47.3 milyon izləyicisi olan UFC-nin rəsmi “İnstagram” səhifəsində tədbirdən foto və videolar paylaşılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC