“Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası (U-13) “Sozopol Cup 2025” turnirinin qalibi olub.

Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-13 Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.

Komanda bu görüşdə qalib gəlib. Belə ki, 2 cavabsız qol vuran “Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqlənib. Həlledici görüşdə qələbə qazanan "Qarabağ" turnirin qalibi adına yiyələnərək kuboka sahib çıxıb.

Xatırladaq ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC