Hidayət Heydərov: "Unutmayın: mən buradayam və qələbə yenə gələcək"

Cüdo millimizin lideri Hidayət Heydərov şəxsi “İnstagram” hesabında yeni paylaşım edib.

Presssport.az xəbər verir ki, Olimpiya çempionumuz paylaşımında Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında ilk görüşdə uduzaraq mübarizəni dayandırması haqda yazıb. 

O bildirib: "Tatamiyə 11 ay sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidi. Amma unutmayın: mən buradayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.

Xatırladaq ki, dünya və Avropa çempionu da olan 27 yaşlı Heydərov Budapeştdə 73 kq çəki dərəcəsində yarışaraq 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcü Otari Kvantidzeyə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC