Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, idmançımız 3-cü yer uğrunda yarışda BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub edib.
Beləliklə, Azərbaycan dünya çempionatında ilk medalını qazanıb.
Xatırladaq ki, mundialda ölkəmizi 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC