Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.
Presssport.az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə onlara uğurlar arzulayıb.
İdmançılar isə öz növbəsində yarışa hazırlıqları barədə məlumat verib.
Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcək. Bu həm də T.Musayevin UFC-də debütü olacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC