Daha bir cüdoçumuzdan dünya çempionatında bürünc medal

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını davam edir.

Presssport.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.

Vüqar Talıbov və Elcan Hacıyev (hər ikisi 90 kq) tatami üzərinə çıxıb. 

Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradze ilə qarşılaşaraq məğlub olub. Bununla da o, turniri mükafatsız başa vurub.

Hacıyev isə 3-cü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib. Bununla da 2-ci bürünc medal yığmamızın aktivinə yazılıb.

Xatırladaq ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçularımızdan bunadək Zelim Tçkayev bürünc medal qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC