Fərid Qayıbova Türkiyə millisinin forması hədiyyə olunub

İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunun üzvləri ilə görüşüb.

Presssport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gənclər və idman sahəsində də uğurla davam etdiyini vurğulayıb.

Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində işçi qrupunun əhəmiyyətini vurğulayıb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi imkanları və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Qayıbovla Eminoğlu bir-birlərinə xatirə hədiyyələri təqdim edib. Gənclər və idman nazirimizə Türkiyə millisinin forması hədiyyə olunub. 

Görüşdə Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Birol Akgün də iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC