"Zirə" bu dəfə Mərdəkanda oynamayacaq: Konfrans Liqası üçün bu stadionu seçdi

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin Xorvatiya "Hayduk"una qarşı ev oyununu keçirəcəyi stadion bəlli olub.

Klubdan Presssport.az-a verilən məlumata görə, “qartallar” rəqibini “Neftçi Arena”da (8-ci km stadionu) qəbul edəcək.

Püşkə əsasən, ilk oyun iyulun 24-də Bakıda, cavab qarşılaşması isə iyulun 31-də Split şəhərində keçiriləcək.

Məlumdu ki, “Zirə” ötən mövsüm avrokubok oyunlarını Mərdəkanda - “Liv Bona Dea Arena”da keçirsə də, bu il həmin stadionda “Araz-Naxçıvan” rəqibləri qəbul edəcək. Bu 2 komanda Konfrans Liqasında təmsilçilərimizdi və püşkə əsasən, 2-si də II turda ilk matçını evdə keçirməlidi. Göründüyü kimi, stadionlar fərqli olduğundan, arenayla bağlı üst-üstə düşmə olmayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC