“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.
Presssport.az xəbər verir ki, Afinada təşkil olunan görüşdə Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov ilə “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissas iştirak edib.
Görüşdə tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xatırladaq ki, Yunanıstan millisinin sabiq üzvü olan Fissas komandası ilə birgə AVRO-2004-ün qalibi olub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC