“Azərbaycan–Almaniya Dostluq Həftəsi”çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.
Presssport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə məşqçi ilə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, İdarə Heyətinin üzvü Rüstəm Rəhimov və tanınmış futbol veteranı Vəli Qasımov da iştirak edib.
Qonaqları PFL-in prezidenti Elxan Səmədov qəbul edib.
Görüş zamanı tərəflər futbolla bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüb. Cəmiyyətin nümayəndələri səmimi qarşılanmaya görə PFL rəhbərliyinə təşəkkürlərini bildirib. Görüşün sonunda Səmədov qonaqlara Peşəkar Futbol Liqası və Azərbaycan futbolu ilə bağlı xatirə hədiyyələri təqdim edib.
Onu da bildirək ki, Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi münasibətilə 18–22 iyun tarixlərində ölkəmizdə “Azərbaycan–Almaniya Dostluq Həftəsi” keçirilir. Həftə çərçivəsində elm, mədəniyyət və idman sahələrində ikitərəfli münasibətlərin inkişafına həsr olunmuş bir sıra tədbirlər təşkil olunur. Ştangenin ölkəmizin idman ictimaiyyəti ilə keçirəcəyi görüşlər də bu silsilə tədbirlərə daxildi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC