Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2-ci yoxlama görüşünə çıxıb.
Presssport.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz qələbə topunu sona 1 dəqiqə qalmış vurub.
Xatırladaq ki, bu yığmalar arasında iyunun 19-da keçirilən ilk oyunda 3:2 hesablı qələbə qazanmışdıq.
21 iyun
Azərbaycan (U-16) – Moldova (U-16) - 2:1
Qollar: Şikar Şikar, 58; Ömər Kosayev, 89 - Damian Xanqan, 69
Qırmızı vərəqə: David Ostafi, 82
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC