Bakıda “UFC Fight Night” turniri davam edir.
Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gəlib.
Bu, Musayevin UFC-də debütü olub. Yüngül çəkidəki görüşdə qırğız idmançısı qələbə qazanıb. Tofiq ilk raundun sonlarında ağrıdıcı fəndə görə təslim olub.
Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi Nazim Sadıxov Nikolas Mottaya (Braziliya) qalib gəlib. Rafael Fiziyev isə bu gün Çili idmançısı İqnasio Bahamondeslə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC