İdmançılarımız MMA üzrə dünya çempionatında uğurla çıxış edib

Azərbaycan idmançıları Braziliyanın San-Paulu şəhərində keçirilən MMA üzrə dünya çempionatında uğurla çıxış edib.

Presssport.az xəbər verir ki, U-18 yaş qrupunda Adil Abuzərov (61.2 kq) qızıl, Məhəmməd Niftullayev (65.8 kq) gümüş medal qazanıb.

U-21 kateqoriyasında Elvin Qurbanov (56.7 kq), Əli Şərifov (74.9 kq) və Miramin Mirheydərzadə (70.3 kq) gümüş medala sahib çıxıb.

Böyüklər arasında Sərdar Sərdarlı (65.8 kq) və Nihad Quliyev (74.9 kq) qızıl, Tofiq Niftəliyev (120.2 kq) isə bürünc medal əldə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC