“Neftçi” Serbiya yığmasının müdafiəçisinə təklif göndərdi

"Neftçi"nin maraq dairəsində olan növbəti futbolçunun kimliyi üzə çıxıb.

Presssport.az xəbər verir ki, bakılılar Nikola Stevanoviçlə danışıqlara başlayıb.

"Ağ-qaralar" Serbiya yığmasının müdafiəçisinə 2 illik müqavilə təklif edib.

26 yaşlı arxa xətt oyunçusu hazırda "Otelul"un formasını geyinir. 1.90 m boya malik balkanlı ötən ilin yayından bəri Rumıniyada çıxış edir.

O, daha öncə ölkəsində "Radniçki" və "Dinamo Vranje"nin şərəfini qoruyub.

2022-ci ildə Almaniyaya yollanaraq, "İnqolştadt"ın uğurları üçün tər töküb. 1 il sonra isə vətənə dönərək, "Napredak"la müqavilə imzalayıb.

"Neftçi" bu yay hələlik 1 transfer edib. Paytaxt təmsilçisi "Apolon"dan (Kipr) Benin yığmasının yarımmüdafiəçisi Sessi D’Almeydanı düşərgəyə cəlb edib (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC