Klublararası dünya çempionatı: "Atletiko"ya qələbə yetmədi, PSJ 1/8 finalda

Klublararası dünya çempionatında qrup mərhələsinin III turuna start verilib.

Presssport.az xəbər verir ki, B qrupunun sonuncu turunda keçirilən “Sietl Saunders” - PSJ matçında ikincilər inamlı qələbə qazanıb. 

Madrid "Atletiko"su isə Braziliya təmsilçisi "Botafoqo" ilə qarşılaşıb. Matç İspaniya təmsilçisinin 1qələbəsi ilə yekunlaşmasına baxmayaraq, növbəti mərhələyə yüksələ bilməyib.

Yekunda PSJ, “Botafoqo” və “Atletiko” hərəyə 6 xal toplayıb. Bu komandalar arasındakı matçlarda qol fərqinə görə qrupda 1-ci yeri parislilər tutub. “Botafoqo” 2-ci yerin sahibi kimi pley-offa çıxdığı halda, “Atletiko” 3-cü olduğundan qrupda qalıb.

23 iyun

"Atletiko"(Madrid) – "Botafoqo" 1:0

Qol: A.Qrizmann, 87

"Sietl Saunders" – PSJ 0:2

Qollar: X.Kvaratsxeliya, 35, A.Hakimi, 67

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC