Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B Divizionunda keçirdiyi 5-ci oyunda qələbə qazanıb.
Presssport.az xəbər verir ki, Ersen Akkayanın komandası C qrupundakı son matçında Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra yığmamız qrupu 3-cü sırada tamamlayıb.
Xatırladaq ki, millimiz ilk dəfə qatıldığı Avropa çempionatının B Divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Azərbaycan buna qədər qrupdakı matçlarda Bosniya və Herseqovina (83:81), İslandiya (86:79) üzərində qazanıb, Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC