Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib.
AAF-dan Pressport.az-a verilən məlumata görə, qurumun prezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycan ağırlıqqaldırma idmanı tarixində ilkdi.
Təyinatla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından AAF-a rəsmi təbrik məktubu daxil olub. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Calud bu münasibətlə Umudovu təbrik edib
Onu da bildirək ki, IWF-ə üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından “Məsləhət Qrupu”na AAF rəsmisinin seçilməsi ölkə idmanımız üçün böyük nailiyyətdi. Belə ki, buna qədər ölkəmiz Avropa və dünya Ağırlıqqaldırma federasiyalarının rəsmi strukturunda heç bir nümayəndə ilə təmsil olunmayıb.
Xatırladaq ki, 48 yaşlı Umudov 2023-cü ilin sentyabr ayından Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC