Amerikalı basketbolçu 8 il müddətinə azadlıqdan məhrum edilib - cinsi təcavüzə görə

Vaxtilə Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor cinsi təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum olunub.

Presssport.az xəbər verir ki, məhkəmə 32 yaşlı basketbolçu barədə həbs qərarı çıxarıb.

Cinayət 2021-ci il oktyabrın 3-də şənlik zamanı törədilib. Zərərçəkmiş basketbolçunun onun spirtli içki qəbul etməsi səbəbindən köməksiz vəziyyətdə olmasından istifadə etdiyini bildirib.

Onu da bildirək ki, Maklemor “Memfis”, “Hyuston”, “Los Anceles Leykers” və “Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC