Avropa Kubokunda təmsilçilərimiz olacaq həndbol klubları müəyyənləşib

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları müəyyənləşib.

Bu barədə Presssport.az-a Həndbol Federasiyasından məlumat verilib.

Nüfuzlu yarışda 2 kişi və 2 qadın komandası mübarizə aparacaq.

Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitəmiqyaslı yarışa qatılacaq. Avropa Kubokunda ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə 2-ci raunddan qoşulacaq.

Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komanda ilə iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcək.

İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.

Qadın həndbolçular arasında Avropa Kubokunda isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa 2-ci mərhələdən start verəcək. Burada 50 komanda mübarizə aparacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək.

İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC