"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin köməkçiləri müəyyənləşib.
Bu barədə Presssport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç yerinə yetirəcəksə, qapıçılar üzrə məşqçi Emil Babayev olacaq.
Xatırladaq ki, "Sumqayıt" İliçlə 1 illik müqavilə imzalayıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC