Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı çempionatı keçirilib.

Presssport.az xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən, yarış iştirakçıları kayak növündə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıb. Gərgin və maraqlı anlarla yadda qalan açıq Bakı çempionatının qalibləri diplom və medallarla mükafatlandırılıb.
Onu da bildirək ki, açıq Bakı çempionatı və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC