AFFA-nın xanım rəsmiləri Meksika səfirliyində qonaq olub - xanım səfirlə görüşdə nələr müzakirə olunub?

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero ilə görüş keçirilib.

Presssport.az xəbər verir ki, Meksika səfirliyində təşkil olunan görüşdə Futbolda Sosial Məsuliyyət üzrə menecer Kifayət Mustafayeva, Qadın Futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr söbəsinin baş mütəxəssisi Törə Əhmədova, qadınlardan ibarət milli komandanın nümayəndə, məşqçi və futbolçu heyəti iştirak edib.

Görüşdə məqsəd AFFA-nın Meksika səfirliyi ilə gələcəkdə sosial layihələr üzrə ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi, idmanda qadınların rolunun daha da gücləndirilməsinə dəstək göstərmək, həmçinin bu istiqamətdə görülən işlər barədə ətraflı fikir mübadiləsi aparmaq olub. Bu cür əməkdaşlıqların həm idmanın inkişafına, həm də sosial inklüzivliyin təşviqinə mühüm töhfə verəcəyi vurğulanıb.

Səfir həmçinin qadınlardan ibarət millimizin futbolçuları ilə səmimi söhbət edib. O, idmanda göstərdikləri əzmə, beynəlxalq turnirlərdə iştiraklarına görə oyunçulara təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Sonda xanım səfirə AFFA adından xatirə hədiyyələri təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC