Ötən mövsüm İspaniyanın IV Liqasında çıxış etmiş futbolçu Bəhruz Qurbanlı “Neftçi”də baxışdadır.
Bu haqda Presssport.az-a 19 yaşlı oyunçunun atası Taleh Qurbanlı məlumat verib.
Onun sözlərinə görə, oğlu hazırda yoxlanışdadır və komandanın baş məşqçisi Samir Abasov onu Polşada keçiriləcək təlim-məşq toplanışına da aparmaq niyyətindədi.
Bəhruz son olaraq “Union Deportivo Montixo”nun formasını geyinib. O, 2024-cü ilin yanvarında Sequnda Divizionun V qrupunda yarışan komandayla uzunmüddətli müqavilə imzalasa da, yaxınlarda sərbəst azad agent statusu alıb və Azərbaycana dönüb. Hətta keçən mövsümün sonunda “Şamaxı”nın düşərgəsində yer alaraq sınaqdan keçib.
Onu da bildirək ki, Qurbanlı “Qarabağ”ın yetirməsidir. Üç il öncə “Neftçi”yə keçən futbolçu Priney ölkəsinə da məhz elə burdan yollanmışdı.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC