ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.
Presssport.az xəbər verir ki, final oyununda Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib.
Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə bitib. Belə ki, ingilislər fransızları 3 dəfə meydanın mərkəzinə dəvət edib. London təmsilçisinin heyətində Koul Palmer (22, 30) və Joau Pedro (43) fərqlənib.
Bununla da “Çelsi” tarixində 2-ci dəfə klublararası dünya çempionatının qalibi olub. London təmsilçisi 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” klubuna əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək titula sahib çıxıb. 2012-ci ildə isə “Çelsi” finalda Braziliyanın “Korintians” klubuna 0:1 hesabı ilə uduzub.
PSJ-yə gəlincə, ilk dəfə klublararası dünya çempionatında iştirak edib.
Xatırladaq ki, PSJ 2024/25 mövsümündə Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC